Laçında Qadınlar Forumu keçirilir

Laçın şəhəri bu gün qadın liderlərin və beynəlxalq tərəfdaşların diqqət mərkəzinə çevrilib.
Təhlil.az xəbər verir ki, burada İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Qadınlar Forumu keçirilir. Forum Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə “İƏT Həftəsi” çərçivəsində təşkil olunub.
Tədbirin əsas məqsədi qadınların cəmiyyətin müxtəlif sahələrində iştirakını gücləndirmək və İƏT-ə üzv ölkələr arasında bu istiqamətdə əməkdaşlığı dərinləşdirməkdir. Forum həm də qadınların dayanıqlı və inklüziv cəmiyyətlərin qurulmasında oynadığı rolu ön plana çıxarır.
Diskussiyalar müxtəlif aktual mövzular ətrafında aparılır:
İqlim dəyişikliyinə qarşı mübarizədə qadınların töhfəsi
Təhsil sahəsində qızlar və qadınlar üçün imkanların genişləndirilməsi
Rəqəmsal innovasiyalara çıxış və təcrübə mübadiləsi
Forum, həmçinin, İƏT regionundakı ölkələrdən və beynəlxalq qurumlardan gəlmiş qadın rəhbərlərə öz təcrübələrini bölüşmək, yeni əməkdaşlıqlara yol açmaq üçün platforma yaradır.