18 noyabr
Apple Pay və digər xidmətlər çökdü

ABŞ-də "Apple" istifadəçiləri çərşənbə axşamı günortadan sonra şirkətin bir sıra xidmətlərinə girişdə problemlə üzləşiblər.
Təhlil.az xəbər verir ki, stifadəçilər Apple Pay, iOS və Apple Support xidmətlərində yaranan nasazlıqlarla bağlı Downdetector platformasına minlərlə şikayət göndəriblər.
Bəzi istifadəçilər "Apple" hesablarından çıxarıldıqlarını, yenidən hesaba daxil ola bilmədiklərini, yeni cihazları aktivləşdirməkdə və bulud xidmətlərindən istifadə etməkdə çətinlik çəkdiklərini bildiriblər.
Şirkət xidmətlərindəki nasazlığın səbəbi ilə bağlı rəsmi açıqlama verməyib.
20 noyabr
20 noyabr
20 noyabr
19 noyabr
19 noyabr