18 noyabr

Azərbaycan nefti bahalaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Təhlil.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,03 dollar və ya 0,03% artaraq 98,79 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 98,76 ABŞ dolları təşkil edib.