Bu gün

Yasamalda su borusu partlayıb

Yasamal rayonunun Həsən bəy Zərdabi küçəsi, 69 ünvanında su borusu partlayıb.

Təhlil.az xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Görüntülərdə suyun güclü təzyiqlə ətrafa püskürdüyü və yaşayış binasının həyətinin bir hissəsində su yığıldığı görünür.

İri Şəhərlərin Su Təchizatı QSC-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, həmin ünvanda su xəttində qəza baş verib.

“Məlumat daxil olan kimi dərhal əraziyə briqada və texnika cəlb olundu. Su axıntısının qarşısı alındı və hazırda xəttin təmiri və bərpası istiqamətində işlər görülür”, – deyə, məlumatda qeyd edilib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?