Meloni İtaliyada yanacaq qiymətlərinin sabitləşdirilməsində SOCAR-ın töhfəsini qeyd edib

İtaliyanın Baş naziri Corca Meloni “Q8” şirkətinin ölkədə yanacaq qiymətlərinin sabitləşdirilməsi ilə bağlı çağırışa qoşulmasını alqışlayıb və SOCAR-ın bu məsələdə töhfəsini vurğulayıb.
Təhlil.az xəbər verir ki, baş nazir bu barədə “X” sosial şəbəkə hesabında yazıb.
Meloninin açıqlamasında Küveytə və İtaliyada “Q8″ yanacaqdoldurma məntəqələrini idarə edən qrupa hökumətin enerji şirkətlərinə yanacaq qiymətlərinin aşağı salınması ilə bağlı müraciətinə cavab verdikləri üçün təşəkkür edib.
“”Eni” və SOCAR-ın bu qərarından sonra bu gün “Q8″dən də İtaliya ailələrinə diqqətin daha bir mühüm göstəricisi gəldi”, – deyə açıqlamada bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın Eni S.p.A. şirkəti SOCAR-ın Kot-d’İvuardakı Baleine neft-qaz yatağının işlənməsi layihəsində 10 faizlik iştirak payını əldə etdiyi sövdələşmənin tamamlanması ilə bağlı Protokol mübadiləsi həyata keçirib.
SOCAR-ın məlumatına görə, sövdələşmə tamamlandıqdan sonra layihədə iştirakçıların payları belə bölüşdürülüb: Eni – 37,25 faiz, Vitol – 30 faiz, Kot-d’İvuarın milli neft-qaz şirkəti Petroci – 22,75 faiz, SOCAR – 10 faiz.
“Payın əldə edilməsi SOCAR-a Afrikanın neft-qaz sektoruna çıxış imkanı verəcək və şirkətin kəşfiyyat və hasilat sahəsində qlobal fəaliyyətini genişləndirmək üzrə uzunmüddətli strategiyasının bir hissəsi olacaq”, – deyə şirkətin məlumatında bildirilib.
Xatırladaq ki, sentyabrın 27-də İtaliyanın Baş naziri Corcia Meloni rəsmi “X sosial şəbəkə heabındakı paylaşımında Azərbaycanın Prezidenti İlham Əliyevə İtaliyanın bütün ərazisində yanacağın qiymətlərinin məhdudlaşdırılması ilə bağlı qərara görə təşəkkür edib.
“Enidən sonra IP şirkəti də ölkə üzrə yanacağın qiymətlərinə limit tətbiq etmək qərarına gəlib. Bu, İtaliya ailələrinə göstərilən diqqətin mühüm əlamətidir və yanacağın bahalaşmasının qarşısının alınmasına konkret töhfə verməyin mümkün olduğunu təsdiqləyir. Bu diqqətə görə Azərbaycanın Prezidenti İlham Əliyevə, əməkdaşlığımızı gücləndirən bu addıma görə, həmçinin SOCAR-ın prezidenti Rövşən Nəcəfə təşəkkür etmək istəyirəm”, – deyə o yazıb.