Bu gün

İstanbul su altında qaldı

İstanbulda ötən gecə yağmağa başlayan leysan bir sıra ərazilərin su altında qalması ilə nəticələnib.

Təhlil.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, güclü leysan şəhərin müxtəlif yerlərində subasmaya səbəb olub.

Belə ki, Zincirlikuyudakı yeraltı keçidin suyun altına qalması nəticəsində keçiddə avtomobillərin hərəkəti dayandırılıb. Fatihdə isə yol çöküb. Yağışdan sonra çuxurlara düşən avtomobillər vətəndaşların köməyi ilə sudan çıxarılıb. 

Yaranan su gölməçələri nəqliyyatın və piyadaların hərəkətini çətinləşdirib. Bəzi yerlərdə isə ictimai nəqliyyatın hərəkəti dayandırılıb.  

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?