Bu gün
Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub.
Təhlil.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
4 bal gücündə olduğu deyilən zəlzələnin episentri Almatı şəhərindən 8 kilometr cənub-qərbdə yerləşib.
Nazirliyin məlumatına görə, yeraltı təkanlar Almatı vilayətində – Qaskelen şəhərində, Boraldai və Ötegen-Batır kəndlərində 2-3 bal gücündə hiss olunub.
Daha əvvəl Almatı sakinləri yeraltı təkanları hiss edib, onların smartfonlarına fövqəladə hallar barədə operativ xəbərdarlıq sistemi – “Mass Alert”dən bildiriş daxil olub.
Zərərçəkənlər və ya dağıntılar barədə məlumat daxil olmayıb.
Bu gün
25 sentyabr
25 sentyabr
25 sentyabr
25 sentyabr
25 sentyabr
25 sentyabr