Bu gün

Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov ABŞ Prezidenti Donald Trampın təşkil etdiyi qəbulda iştirak edib.

Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" səhifəsində məlumat verib.

“Qəbul 8 avqustda keçirilmiş Vaşinqton Sammiti və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından sonra Azərbaycan-ABŞ tərəfdaşlığının genişləndiyi dövrə təsadüf edir.

Əlaqələndirmə, enerji, ticarət və investisiya sahələri də daxil olmaqla, əməkdaşlığın daha da gücləndirilməsinə ümidvarıq”, - məlumatda qeyd edilib.