Bu gün

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC artan sərnişin tələbatını qarşılamaq üçün 26 və 27 sentyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.

Təhlil.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

“Eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

Biletləri dəmiryol kassaları, ADY-nin rəsmi saytı və “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz”, - deyə qurumdan əlavə edilib.

Qeyd edək ki, Bakı–Ağstafa–Bakı sürətli sərnişin qatarı 18 mart 2023-cü ildən fəaliyyətə başlayıb.

Həmin tarixdən “Azərbaycan Dəmir Yolları” Bakı–Gəncə–Bakı sürətli qatarının marşrutunu Ağstafa stansiyasına qədər uzadıb və bununla Bakı–Ağstafa–Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişindaşımaya başlanılıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?