Bu gün

“X” platformasına Azərbaycan dilində də müraciət edə biləcəksiniz

“X” (Twitter) sosial platformasında məxfilik pozuntuları ilə bağlı müraciətlər artıq Azərbaycan dilində də qəbul edilir.

Təhlil.az xəbər verir ki, Yardım Mərkəzində “Məxfilik pozuntuları olan məzmunu şikayət edin” bölməsinə Azərbaycan dili əlavə olunub. Bu, istifadəçiyə hadisənin mahiyyətini və müraciətinin səbəbini ana dilində daha dəqiq ifadə etmək imkanı verir.

İstifadəçilər ad-soyadını, “X” istifadəçi adını və elektron poçt ünvanını qeyd etməklə sorğularını göndərə bilərlər.

Məqsəd istifadəçilərin fərdi məlumatlar sahəsində hüquqlarının qorunması və müraciət mexanizmlərinə çıxış imkanlarının genişləndirilməsidir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?