Bu gün

Məleykə Abbaszadə abituriyentlərə çağırış edib

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ixtisas seçimi prosesindən əvvəl abituriyentlərə yalnız etibarlı və rəsmi məlumatlardan istifadə etməyi tövsiyə edib.

Təhlil.az xəbər verir ki,  M.Abbaszadə DİM-in sosial şəbəkə hesabında keçirilən canlı yayım zamanı bildirib ki, abituriyentlər bəzən müxtəlif şəxslərin məsləhətlərinə və qeyri-rəsmi internet resurslarında yayılan məlumatlara əsaslanaraq qərar verirlər.

DİM sədri qeyd edib ki, belə məlumatlara ehtiyatla yanaşmaq lazımdır, çünki onlar yanlış ola bilər:

“Ən düzgün və etibarlı məlumatlar rəsmi mənbələrdə, xüsusilə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalında təqdim olunur. Buna görə də ixtisas seçiminə başlamazdan əvvəl abituriyentlərə həmin nəşrlərdə yayımlanan məlumatlarla ətraflı tanış olmağı məsləhət görürük. Seçim zamanı isə ilk növbədə öz maraq və istəklərini nəzərə almaq vacibdir.

Elə şəxslər var ki, arzuladıqları ixtisasa qəbul olmaq üçün bir neçə il ərzində imtahan verib və sonda məqsədlərinə çatıblar. Lakin hər bir abituriyent özünə sual verməlidir: Mən buna nə qədər hazıram? Əgər hazır deyiləmsə, amma həmin sahədə inkişaf etmək istəyirəmsə, hansı alternativ yollar mövcuddur?

Bu baxımdan orta ixtisas təhsili müəssisələri və kolleclər də seçimlər sırasında nəzərdən keçirilə bilər. Hər kəs gələcək istiqaməti ilə bağlı qərarı özü verməlidir.

Unutmaq olmaz ki, məsləhət verən insanlar ola bilər, lakin qəbul etdiyiniz qərarın məsuliyyəti sizin üzərinizdədir. Çünki həyat yolunu siz özünüz keçəcəksiniz və bu yolda verdiyiniz seçimlərin nəticələri də sizə aid olacaq”.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?