Bu gün

Simonyan Ermənistan Təhlükəsizlik Şurasının katibi təyin olunub

Ermənistanda Alen Simonyan ölkənin Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunub.

Təhlil.az xəbər verir ki, Ermənistan mediasının məlumatına əsasən, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan müvafiq sərəncam imzalayıb.

Daha əvvəl hökumətin iclasında Paşinyan bildirib ki, Armen Qriqoryan sonuncu dəfə Təhlükəsizlik Şurasının katibi qismində iclasda iştirak edir. O, bu vəzifəni, demək olar ki, səkkiz il ərzində tutub.

Təhlükəsizlik Şurasının katibinin dəyişdiriləcəyi barədə bundan əvvəl Ermənistan mediasında məlumat yayılmışdı.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?