Bu gün
Azərbaycanda qanunsuz yaşayan 132 əcnəbi ölkədən çıxarılıb

Cari ilin iyul ayı ərzində ölkə hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən 132 qərar qəbul edilib.
Təhlil.az xəbər verir ki, bu barədə DMX-dən məlumat verilib.
Bildirilib ki, həmçinin Azərbaycanın imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində bu ilin iyul ayı ərzində Avropa ölkələrindən 93 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.
Bu gün