Bu gün

Türkiyədə F-16 qəzaya uğrayıb, pilot katapult edərək sağ qaldı

Türkiyənin Yalova vilayətində F-16 qəzaya uğrayıb.

Bu barədə NTV telekanalı ölkənin müdafiə nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, ilkin məlumata görə, uçuş təlimi zamanı təyyarədə nasazlıq yaranıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım maşını və tibbi heyət göndərilib. Təyyarənin pilotunun katapult edərək xilas olduğu bildirilib.

“Hərbi Hava Qüvvələrimizə məxsus bir F-16 təyyarəsi təlim uçuşu zamanı Yalovada qəzaya uğrayıb, pilotumuz katapult edərək xilas olub. Qəzanın səbəbi aparılacaq ətraflı araşdırmanın nəticəsində müəyyən ediləcək”, - deyə Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?