Bu gün

Beynəlxalq Enerji Agentliyi Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb

Bu ilin iyul ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 440 min barel səviyyəsində olub.

Təhlil.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA, IEA) aylıq hesabatına istinadən verdiyi məlumata əsasən, iyulda Azərbaycanda ortalama gündəlik neft hasilatı iyun ayının göstəricisinə bərabərdir.

Xatırladaq ki, Azərbaycan “OPEC+” razılaşmasının iştirakçısıdır. “OPEC+” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması (bazarı tarazlamaq məqsədi ilə - red.) üzrə təşəbbüsdür. “OPEC+” ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-cı ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

Beləliklə, Azərbaycan iyul ayında "OPEC+" çərçivəsində kvotasından 111 min barel geri qalıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?