Bu gün

ABŞ və İran atəşkəsin uzadılmasına dair razılığa gəliblər

ABŞ və İran İslamabad memorandumu çərçivəsində qüvvəyə minmiş mövcud 60 günlük atəşkəs rejiminin qüvvəsinin uzadılmasına dair razılığa gəliblər.

Təhlil.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Pakistan hökumətindən olan mənbələrinə istinadən xəbər yayıb.

Mənbələrin məlumatına görə, hazırkı razılaşmanın müddəti avqustun 17-də başa çatır.

Vaşinqton və Tehran artıq atəşkəs rejiminin uzadılmasına razı olduqları barədə vasitəçiləri məlumatlandırıblar.

“Hər iki tərəf vasitəçilərə müddətin uzadılmasına razı olduğunu çatdırıb”, - deyə danışıqların gedişindən xəbərdar olan mənbə bildirib.

Hazırda tərəflər razılaşmanın konkret hansı müddətə uzadılacağını müəyyənləşdirmək üçün vasitəçilər vasitəsilə mesaj mübadiləsi aparırlar.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?