Bu gün

Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib

Zaur Rəşid oğlu Əhmədov Azərbaycanın İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.

Dövlət başçısının digər Sərəncamı ilə Elnur İxtiyar oğlu Sultanov Azərbaycanın İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?