Bu gün

Belçika və Polşaya yeni səfirlər təyin edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycanın Belçika və Polşada yeni səfirlərinin təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Təhlil.az xəbər verir ki, sərəncama əsasən, Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezidentin digər Sərəncamı ilə Fuad Eldar oğlu İsgəndərov Azərbaycanın Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?