Bu gün

Qazaxıstan Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirir

Qazaxıstan iyul ayında Xəzər Boru Kəməri Konsorsiumunun işindəki dayanmalar səbəbindən neft ixracının bir hissəsini digər marşrutlara yönləndirib.  

Təhlil.az xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb. 

Nazirlik alternativ tədarük marşrutlarını, o cümlədən Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirdiyini açıqlayıb. 

Məlumata görə, hazırda ixrac axınlarının yenidən bölüşdürülməsi üzrə işlər aparılır. Belə ki, qeyd olunan dövrdə Atırau-Samara istiqamətində daşımalar artırılıb, həmçinin Çinə tədarüklərin artması qeydə alınıb. 

“Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə daşıma, Xəzər dənizi üzərindən Azərbaycan ərazisi vasitəsilə daşıma, həmçinin Bakı-Supsa marşrutu nəzərdən keçirilir”, - nazirliyin açıqlamasında deyilir. 

Xatırladaq ki, son dövrlərdə Ukraynanın Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna hücumları artıb. Bu səbəbdən yükləmə əməliyyatlarının dayandırıldığı, neft qiymətlərinin isə artdığı bildirilir. 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?