Bu gün

Almaniya XİN: Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik

Almaniya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammitin ildönümü ilə bağlı açıqlama yayıb.

Almaniya XİN sammitin iki ölkə arasında münasibətlərdə tarixi impuls yaratdığını bildirib.

Açıqlamada hər iki tərəf sülh prosesini davam etdirməyə və bu istiqamətdə irəliləməyə çağırılıb.

Qeyd olunub ki, Cənubi Qafqazda sülh və sabitlik ümumi maraqlara cavab verir.

Almaniya XİN bildirib ki, ölkə Avropa İttifaqı və ABŞ-dəki tərəfdaşları ilə birlikdə Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməyə davam edəcək.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?