Bu gün

Azərbaycan ərazisinin "Mossad" tərəfindən istifadə edilməsi iddialarına münasibət bildirildi

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan ərazisinin “Mossad” tərəfindən istifadə edilməsi iddialarına münasibət bilirib.

Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan İranı qardaş ölkə hesab edir. Azərbaycan üçün ərazilərin azadlığı və suverenliyi fundamental prinsipdir.

O bildirib ki, Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə müdaxiləyə imkan verməz.

“İsrailin Azərbaycan ərazisindən istifadə etməsi iddiası texniki baxımdan da mümkünsüzdür. Çünki bunun üçün onların Türkiyə ərazisindən keçməsi lazımdır ki, nə Türkiyə, nə də Azərbaycan buna icazə verər. Bu cür iddialar sırf çirkin təbliğat elementləridir”, – H. Hacıyev qeyd edib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?