Bu gün
Məhkəmə Hüseyn Həsənova 4 il həbs cəzası verdi

Rusiyada azərbaycanəsilli bloqer Hüseyn Həsənov qiyabi olaraq 4 il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsinə məhkum edilib.
Moskva Məhkəməsi bloqer barəsində çirkli pulların yuyulması ittihamı üzrə hökm çıxarıb.
Məhkəmə onun 1 milyon rubl məbləğində cərimələnməsinə də qərar verib.
Bundan başqa, Presnenski rayonunda yerləşən və dəyəri 46 milyon rubl olan qeyri-yaşayış sahəsi müsadirə edilib.
İstintaqın məlumatına görə, Hüseyn Həsənov 170 milyon rubl məbləğində vergi ödəməyib, daha 68 milyon rublu isə daşınmaz əmlak alışı yolu ilə leqallaşdırıb.
Bloqer daha əvvəl ittihamları qəbul etməyib.
Hüseyn Həsənov hazırda Bakıda yaşayır.
O, ötən ilin mayından beynəlxalq axtarışa verilib.