Bu gün
Prezident onu icra başçısı təyin etdi - SƏRƏNCAM

Anar Babayev Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Sərəncama əsasən, Anar Mehti oğlu Babayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.