Bu gün

Azərbaycanda sığorta olunanların və sığortalıların uçotu qaydası təsdiq edilib

Nazirlər Kabineti "Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotu Qaydası"nı təsdiqləyib.

Təhlil.az xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, sığortalının sığortaçıda qeydə alınan uçot məlumatları aşağıdakılardır:

- sığortalının adı;

- vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və verilmə tarixi;

- sığortalının hüquqi, faktiki ünvanı və əlaqə nömrəsi;

- sığortalıya münasibətdə icbari sığortanın təmin edilməsinin Fond tərəfindən həyata keçirilməsinə başlandığı tarix;

- sığortalının yenidən təşkili və ləğv edilməsi tarixləri barədə məlumat;

- sığorta haqları üzrə büdcə ilinin əvvəlinə hesablanmış, ödənilmiş və qalıq (olduğu halda) məbləğlər;

- artıq ödənilmiş sığorta haqqı;

- sığortalının yenidən təşkil olunması nəticəsində hüquqi varis kimi müəyyən edilmiş yeni sığortalıya (sığortalılara) transfer olunan ödənilmiş sığorta haqlarının məbləği barədə məlumatlar;

- artıq ödənilmiş sığorta haqqının Fond tərəfindən qaytarılmış məbləği.

Bundan başqa, Nazirlər Kabineti "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan "Sığorta olunanlara münasibətdə sığorta məbləğinin müəyyənləşdirilməsi Qaydası"nı, eləcə də "Sığorta olunanların icbari sığortası üzrə sığorta ödənişinin məbləği və verilməsi Qaydası"nı təsdiq edib. Söhbət dövlət orqanlarında, bələdiyyələrdə, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında çalışan şəxslər, habelə istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər, könüllü fəaliyyətin iştirakçısı olan könüllülərdən gedir.

Həmçinin Azərbaycan hökuməti "Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatı fondundan istifadə qaydası"nı təsdiqləyib. Sığorta vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:

- qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlar üzrə ödənilən sığorta haqları;

- sığorta ehtiyatı fondunu təmin edən vəsaitlərin aşağıdakı təhlükəsizlik göstəriciləri üzrə meyarlardan birinə cavab verən və son 24 ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna gecikdirilmiş gəlir faizi ödənişi olmayan banklarda depozitə yerləşdirilməsindən əldə edilən gəlirlər:

- beynəlxalq reytinq agentlikləri tərəfindən ölkə üzrə verilmiş reytinqdən maksimum iki pillə aşağı olan banklar;

- Azərbaycanda fəaliyyət göstərən sistem əhəmiyyətli banklar;

- qanunda nəzərdə tutulan digər mənbələr.

Bundan başqa, sığorta haqlarının 5 %-ədək hissəsi sığorta ehtiyatı fonduna yönəldiləcək. Sığorta vəsaiti Nazirliyin xüsusi xəzinə hesabında toplanılır və Fondun xüsusi bank hesabına köçürüləcək.

Sığorta vəsaitləri üzrə əməliyyatların aparılması, o cümlədən sığorta ehtiyatı fondunda vəsaitin toplanılması və ondan istifadə edilməsi məqsədilə Fondun müvafiq bank hesabları açılır.

Cari ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı fondunu təmin edən vəsait və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldilir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?