Bu gün

Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq

Qarabağ”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo” (Kiyev, Ukrayna) ilə qarşılaşacaq.

Baş məşqçisi Qurban Qurbanovun səfərdə keçiriləcək ilk oyun öncəsi mətbuat konfransı Bakıda baş tutacaq.

Qarşılaşmadan bir gün əvvəl - avqustun 5-də keçiriləcək konfrans saat 11:45-də başlayacaq.

Tədbir  “Azersun Arena”da təşkil olunacaq.

Qeyd edək ki, “Dinamo” - “Qarabağ” oyunu avqustun 6-da Polşanın Lubin şəhərindəki "Lubin Arena"da baş tutacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?