Bu gün

İzmir bələdiyyəsində əməliyyat – Sədr saxlanıldı

Türkiyənin İzmir şəhərində Baş Prokurorluğun istintaqı çərçivəsində hüquq mühafizə orqanları əməkdaşları Menderes bələdiyyəsində əməliyyat keçirib.

Təhlil.az xəbər verir ki, istintaq çərçivəsində görülən tədbirlər nəticəsində Menderes bələdiyyəsinin sədri İlkay Çiçək daxil olmaqla 21 nəfər saxlanılıb.

Saxlanılan şəxslər cinayət törətmək məqsədilə təşkilat yaratma, cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olma, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə yolu ilə mənfəət əldə etmə (irtikap), rəsmi sənədlərin saxtalaşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə və şəhərsalma qaydalarının pozulmasına səbəb olma cinayətlərini törətməkdə şübhəl bilinirlər.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?