Bu gün

TƏBİB: Ötən ay suda boğulma ilə bağlı 22, günvurma ilə bağlı isə 32 müraciət qeydə alınıb

İyul ayında suda boğulma ilə bağlı 22, günvurma ilə bağlı isə 32 müraciət qeydə alınıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 2026-cı ilin iyul ayı ərzində suda boğulma hadisələri ilə əlaqədar ümumilikdə 22 müraciət daxil olub.

"Daxil olan müraciətlər üzrə 10 nəfər tibb müəssisələrinə hospitalizasiya edilib, 5 nəfərə yerində tibbi yardım olunub, 7 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.

Müraciət edənlərdən 4 nəfəri qadın, 15 nəfəri kişi, 3 nəfərin isə şəxsiyyəti naməlum olub.

Qeyd edək ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyul ayı ərzində günvurma ilə əlaqədar 32 müraciət daxil olub. Onlardan 12 nəfər hospitalizasiya edilib, 17 nəfərə yerində tibbi yardım göstərilib, 3 nəfər hospitalizasiyadan imtina edib. Müraciət edənlərin 17-si kişi, 15-i qadın olub", - məlumatda bildirilib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi vətəndaşları çimərlik mövsümündə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yalnız nəzarət olunan çimərliklərdən istifadə etməyə və təhlükəli ərazilərdə suya daxil olmamağa çağırıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?