03 avqust
Ağdərədə 2 nəfər minaya düşdü

Avqustun 3-də Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində iki nəfər minaya düşüb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1994-cü il təvəllüdlü Surxaylı Əlzamin Vəzir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Surxaylı Əlzamin sağ ayaq nahiyəsindən xəsarət alıb.
Hadisə zamanı digər əməkdaş 1998-ci il təvəllüdlü Mirzəyev Füzuli Rizvan oğlu yüngül bədən xəsarətləri alıb.
Xəsarət alan əməkdaşlar rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir
25 sentyabr
25 sentyabr
25 sentyabr
25 sentyabr
25 sentyabr
25 sentyabr
25 sentyabr
24 sentyabr