Bu gün

Doktoranturada hüquq ixtisaslarının sayı artırıldı

Nazirlər Kabineti “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın “56. Hüquq elmləri” bölməsi yeni ixtisaslarla genişləndirilib.

Dəyişikliyə əsasən, aşağıdakı yeni doktorantura ixtisasları əlavə edilib:

  • Ədalət mühakiməsi hüququ;
  • Hava hüququ və hava məkanının təhlükəsizliyi;
  • Mədəniyyət hüququ.

Qərar 30 iyul 2026-cı il tarixində imzalanıb və doktorantura səviyyəsində hüquq elmləri üzrə ixtisasların siyahısının genişləndirilməsini nəzərdə tutur.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?