Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb

Bu ilin iyulun 1-nə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 566,791 milyon manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının statistik bülletenində bildirilib.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrünə nisbətən isə 66,8 milyon manat və ya 13,3% çoxdur.
Hesabat dövründə sözügedən region üzrə kredit qoyuluşlarının orta faiz dərəcəsi 19,74%-ə bərabər olub.
Dövr ərzində regiona qoyulmuş kreditlərin 566,598 milyon manatı milli valyutada, 193 min manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.
Eyni zamanda, bu ilin iyulun 1-nə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə isə kredit qoyuluşlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 22,6 milyon manat və ya 2,9 dəfə artaraq 34,418 milyon manata bərabər olub.
Hesabat dövründə bu göstərici üzrə orta faiz dərəcəsi 13,62% təşkil edib.
Sözügedən dövr ərzində regiona qoyulmuş kreditlərin 25,774 milyon manatı milli valyutada, 8,645 milyon manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.
Beləliklə, dövr ərzində Qarabağ və Şəqi Zəngəzur iqtisadi rayonları üzrə cəmi kredit qoyuluşlarının həcmi 601,209 milyon manata çatıb ki, bu da illik müqayisədə 89,4 milyon manat və ya 17,5% artım deməkdir.