Bu gün

Qumar oyunlarının keçirilməsinə görə sanksiyalar sərtləşdirildi

Azərbaycanda qumar oyunlarının təşkili və ya keçirilməsinə görə sanksiyalar sərtləşdirilib.

Təhlil.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsinə edilən dəyişiklikdə öz əksini tapıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Dəyişikliyə əsasən, qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama təkrar virtual formada, o cümlədən internet şəbəkəsindən, mobil rabitə şəbəkəsindən, sosial platformalarından, elektron rabitə vasitələrindən, habelə şəbəkə digər internet və mobil telekommunikasiya tətbiqlərindən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə edilməklə törədildikdə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə iki ildən dörd müddətə məhdudlaşdırılması ilədək azadlığın ve ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Həmçinin, eyni əməllər təkrar törədildikdə, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə iki ildən dörd müddətə məhdudlaşdırılması ilədək azadlığın ve ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bununla yanaşı, yuxarıda qeyd edilən bütün əməllər mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, külli miqdarda gəlir əldə etməklə törədildikdə üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Sənədə əsasən, yuxarıda qeyd edilən bütün əməllər xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

"Xeyli miqdar" dedikdə əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, "külli miqdar" dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, "xüsusilə külli miqdar" dedikdə beş yüz min manatdan yuxarı olan mәblәğ başa düşülür.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?