Bu gün

Paşinyan hökumətin istefa anonsunu verdi

İyunun 7-də keçirilmiş parlament seçkilərinin yekunlarına əsasən yeni nazirlər kabinetinin formalaşması ilə əlaqədar olaraq Ermənistan hökuməti avqustun 2-də istefaya gedəcək.

Təhlil.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.

"Biz bazar günü (2 avqust - red.) istefa verəcəyik. Bu gün hökumətin bu tərkibdə son iclası keçirilir", - o bildirib.

Baş nazir xatırladıb ki, parlamentin yeni tərkibdəki ilk iclası günü köhnə hökumət istefa verir: "Bundan sonra Ermənistan prezidenti parlamentdə çoxluğa malik partiyanın namizədini baş nazir postuna təyin edəcək".

Qeyd edək ki, iyunun 7-də keçirilmiş parlament seçkilərində Paşinyanın təmsil etdiyi hakim "Vətəndaş müqaviləsi" partiyası qalib gəlib və yeni hökuməti müstəqil şəkildə formalaşdırmaq hüququ qazanıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?