Bu gün

Kolleclərə ixtisas seçimi başlayır

Kolleclərə ixtisas seçimi mərhələsi başlayır.

Təhlil.az xəbər verir ki, bu barədə məlumat "Abituriyent" jurnalının rəsmi sosial media hesabında əks olunub.

Məlumata görə, 9 illik təhsil bazasında kolleclərin ixtisas seçimi avqustun 3-dən 9-dək aparılacaq.

Dövlət İmtahan Mərkəzi "Abituriyent" jurnalının 3-cü nömrəsini və “Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2025-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları”nı nəşr edib.

Jurnalları DİM-in inzibati binasından, “Abituriyent” satış məntəqəsindən, həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt

Jurnallar barədə ətraflı məlumatı www.abiturient.az saytında əldə edə bilərsiniz.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?