Bu gün

Bakıda iki marşrutun istismarı müvəqqəti yeni daşıyıcılara həvalə edilib

Bakı şəhərində 161 və 162 nömrəli marşrutların istismarı müvəqqəti olaraq yeni daşıyıcılara həvalə edilib.

Təhlil.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, daşıyıcı "Azland Plaza" MMC-nin hər iki şəhərətrafı marşrutun istismarını dayandırması nəzərə alınaraq, sərnişindaşımanın fasiləsiz həyata keçirilməsi məqsədilə müvəqqəti tədbirlər görülüb.

Bu gündən 161 nömrəli marşrutun istismarı müvəqqəti olaraq "Çinar Trans" MMC-yə, 162 nömrəli marşrutun istismarı isə "Xaliq Faiqoğlu" MMC-yə həvalə olunub.

161 nömrəli marşrut Hövsan qəsəbəsi - Suraxanı qəsəbəsi, 162 nömrəli marşrut Ramana yaşayış kompleksi - "Koroğlu" NMM istiqamətində hərəkət edir.

Marşrutlar yaxın günlərdə müsabiqəyə çıxarılacaq.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?