Dünən

Göygöldə iki azyaşlının ölümü ilə bağlı TƏFƏRRÜATLAR

Göygöl rayonunda iki azyaşlının ölümü ilə nəticələnən hadisənin təfərrüatları məlum olub.

Təhlil.az xəbər verir ki,  hadisə 2026-cı il iyunun 11-də saat 15:00 radələrində baş verib.

Belə ki, rayonun Bəhrambəy kənd sakini, 2016-cı il təvəllüdlü Yusif Sərxan oğlu Nəsibov və onlara qonaq gələn qohumu, 2017-ci il təvəllüdlü Ramil Rövşən oğlu Həsənov evin yaxınlığında yerləşən, əkin sahələrinin suvarılması üçün istifadə olunan su hövzəsində çimərkən boğulublar.

Azyaşlıların meyitləri həmin su hövzəsində aşkar edilib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?