26 may
Milli Məclis Prezident və Birinci vitse-prezidentə təbrik məktubu ünvanladı

Milli Məclis Qurban bayramı və Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Təhlil.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova təbrik məktubu ünvanlanması təklifi ilə parlamentin bugünkü plenar iclasında çıxış edib.
Təklif alqışlarla qəbul edilib.