28 aprel

Trampdan Putinə təcili atəşkəs və sülh sazişi ilə bağlı növbəti çağırış

ABŞ Prezidenti Donald Tramp  Rusiya Prezidenti Vladimir Putinə Ukraynada döyüşləri dayandırmaq və sülh sazişi imzalamaqla bağlı növbəti dəfə çağırış edib.

Təhlil.az xəbər verir ki, Tramp açıqlamasında  "Mən istəyirəm ki, o (Putin) atəşi dayandırsın, otursun və sazişə imza atsın. Şərait razılaşma üçün əlverişlidir", - deyə qeyd edib. 

O  həmçinin, Rusiyanın Kiyevə qarşı raket hücumlarına görə məyusluğunu ifadə edib və Putinin müharibəni bitirmək istəyindən əmin olmadığını vurğulayıb: "Son günlərdəki hadisələr göstərir ki, o, bəlkə də, müharibəni bitirmək istəmir". 

 

 

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.