26 aprel

İşsiz qalanlara 6 ay maaş veriləcək – Kimlər yararlana bilər?

Əgər qanunla nəzərdə tutulmuş səbəblərlə işdən çıxmısınızsa və rəsmi şəkildə işsiz kimi qeydiyyata alınmısınızsa, 6 ay müddətində işsizlikdən sığorta ödənişi ala bilərsiniz.

Təhlil.az xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin məlumatına görə, bu ödəniş iş yerini itirən şəxslərin əvvəlki maaşlarının 50%-i qədər olur. Qanuna əsasən, müəssisə ləğv olunduqda, ixtisar, müddətli müqavilənin başa çatması, məhkəmə qərarı ilə əvvəlki işçiyə yerin qaytarılması və ya hərbi xidmətdən qayıdan işçiyə üstünlük verilməsi hallarında bu ödəniş təyin edilir.

Əmək müqaviləsinin müddəti bitdiyinə görə işdən çıxanlara isə 3 ay ərzində minimum əmək haqqı qədər sığorta ödənişi verilir.

Qeydiyyat “DOST” mərkəzləri və ya yerli məşğulluq qurumlarında aparılır, müraciətlərə isə 10 gün ərzində baxılır.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.