26 aprel
Araz çayında suyun səviyyəsi 41 sm artıb

Bəzi çaylarda sululuq artıb.
Təhlil.az ” xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qusarçay-Kuzunda 31 sm, Əyriçay-Ağyazıdə 9 sm, Qudiyalçay-Qımılda 4 sm, Katexçay-Qəbizdərədə 3 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Həkəriçay-Balasoltanlıda 11 sm, Bərgüşadçay-Əliquluuşağıda 10 sm artım qeydə alınıb.
Araz çayının yuxarı axımında isə suyun səviyyəsində 41 sm artım müşahidə olunub.
07 iyun
07 iyun