25 aprel

Avropa İttifaqı Azərbaycan və Ermənistandan məhsuldar addımlar gözləyir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə keçirdiyi birgə mətbuat konfransında Ermənistanla bağlı vacib məsələlərə toxunub.

Təhlil.az-ın məlumatına görə, o bildirib ki, Azərbaycan Ermənistanın Konstitusiyasındakı ərazi iddialarının aradan qaldırılması və ATƏT-in Minsk Qrupunun fəaliyyətinin tamamilə ləğvini gözləyir.

Nazir həmçinin Ermənistanda müşahidə olunan revanşist əhval-ruhiyyədən ciddi narahatlıq ifadə edib: “Ermənistanın sürətlə militarizasiya olunması və Azərbaycanla Türkiyənin bayraqlarının yandırılması kimi təxribatçı hallar bölgədə sülhə ciddi təhlükə yaradır. Təəssüf ki, analoji insident dünən Fransada da qeydə alınıb. Bu cür təxribatların qarşısını almaq üçün həmin ölkələrin aidiyyəti strukturları ciddi hüquqi tədbirlər görməlidir”.

Kaya Kallas isə öz növbəsində Brüsselin Ermənistan və Azərbaycan arasında sülh prosesinə dəstəyini ifadə edib: “Sülh sazişinin mətn hissəsinin razılaşdırılması müsbət haldır. Gələcəkdə daha məhsuldar addımların atılacağına ümid edirik. Aİ olaraq tərəflər arasında davamlı sülh və sabitliyin təmin olunmasını dəstəkləyirik”.

Görüş zamanı hər iki tərəf sülh prosesinin irəlilədilməsinin vacibliyini və səmərəli addımların bölgənin gələcəyi üçün əsas rol oynayacağını vurğulayıb.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.