25 aprel

Diplomatlar üçün kompensasiya və təminatlarda dəyişiklik

Azərbaycan Respublikası Nazirlər Kabineti, diplomatların və onların işçilərinin təminat və kompensasiyalarına dair yeni qaydaları təsdiq edib. Yeni qaydalara əsasən, diplomatlar və onların ailə üzvləri yaşayış sahəsi və təchizatla təmin ediləcəklər.

Təhlil.az xəbər verir ki, bununla yanaşı, diplomatların yaşadığı sahənin icarəsi, kommunal xərclər və digər müvafiq xərclər dövlət büdcəsindən qarşılanacaq.

Nümayəndələr və onların işçiləri üçün yaşayış sahəsi icarəsi ilə bağlı xərclər dövlət tərəfindən ödəniləcək.

Yaşayış sahəsinin icarəsi üçün müqavilə bağlanmalı və müqavilədə icarə şərtləri, vergi öhdəlikləri və digər şərtlər nəzərə alınmalıdır.

Hər hansı təmir xərcləri, mebel və inventar da daxil olmaqla, icarəyə verənin məsuliyyətində olacaq.

İcarə xərcləri aylıq ödəniləcək və illik ödəniş yalnız xüsusi hallarda qəbul ediləcək.

Şəxsi və dövlət vəsaitlərinin qorunması üçün müəyyən prosedurlar tətbiq ediləcək.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.