Əgər şübhələndinizsə, dərhal əlaqəni kəsin - Xəbərdarlıq - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) kibercinayətkarların vətəndaşları aldadaraq bank kartı məlumatlarını əldə etməyə çalışdığını bir daha xatırladıb.
Təhlil.az xəbər verir ki, nazirlik, vətəndaşları dələduzluq halları ilə bağlı xəbərdar edib və bank kartı məlumatlarını heç bir halda telefon zəngi, mesaj və ya link vasitəsilə paylaşmamalarını tövsiyə edib.
DİN-in açıqlamasına görə, dələduzlar müştərilərə zəng edərək və ya mesaj göndərərək kartlarındakı vəsaitin təhlükədə olduğunu bildirirlər və kartın təhlükəsizliyi üçün məxfi məlumatları tələb edirlər. Bəzi hallarda isə kibercinayətkarlar görüntülü zənglər edərək daha inandırıcı olmağa çalışırlar.
DİN, bank əməkdaşlarının heç vaxt vətəndaşlardan kartın tam nömrəsi, PİN kodu, CVV və ya OTP kodları kimi şəxsi məlumatları istəmədiyini vurğulayıb. Hər hansı bir şübhəli zəng və ya mesaj aldıqda dərhal zəngi dayandırın və şəxsi məlumatlarınızı paylaşmayın.
"Əgər şübhələndinizsə, dərhal əlaqəni kəsin. Bank məlumatlarınıza qarşı diqqətli olun və təhlükəsizliyinizi qorumağa kömək edək!"- deyə, DİN-dən bildirib.