Dünən

2025-2026-cı illər mövsümünün ən bahalı transferləri - TOP 3

Yay transfer pəncərəsinin açılmasından bu günə kimi ən bahalı keçid hələlik Florian Virtzin adı ilə bağlıdır. Təhlil.az xəbər verir ki, "Bayer Leverkuzen" bazar dəyəri 140 milyon avro olan 22 yaşlı pleymeykerini 125 milyon avroya "Liverpul"a satıb.

Braziliyalı hücumçu Mateus Kunyanı heyətinə qatan "Mançester Yunayted" bunun üçün "Vulverhempton"a 74 milyon avro ödəyib.

"Zadəganlar" da "səssiz" qalmayıb. Joao Pedronun "Brayton"dan "Çelsi"yə keçidi 63,7 milyon avroya mümkün olub.

Rəqəmlər transfermarkt.com-a istinadla təqdim olunur

Səbahəddin Qurbanov

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?