Dünən

Tramp ABŞ-nin İrana endirdiyi zərbələri yüksək qiymətləndirib

ABŞ prezidenti Tramp ABŞ-nin İrana endirdiyi zərbələri yüksək qiymətləndirib. O, bildirib ki, İran üzərində uçan təyyarələrdə işləyən pilotlar və mexaniklər Müstəqillik Gününü qeyd etmək üçün Ağ evdə olacaqlar.

O, İranın nüvə obyektlərinə zərbələr endirilməsinə cavab olaraq Qətərdəki ABŞ hərbi bazasına raket zərbələri endirməzdən əvvəl rəsmi Vaşinqtonu xəbərdar etdiyini bir daha vurğulayıb.
“Onlar mehribanlıqla mənə zəng edib, bizə 14 dəfə atəş açmaq istədiklərini bildirdilər. Mən də razılıq verdim. 14 yüksək keyfiyyətli, çox sürətli raket atdılar. Raketlərin hamısını havada məhv etdik”, - deyə Ağ ev lideri bildirib.

Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, İran rəsmiləri amerikalı həmkarları ilə görüş keçirmək istəyirlər.
"Düşünürəm ki, onlar görüşmək istəyirlər. Bilirəm ki, istəyirlər. Əgər lazımdırsa, görüşəcəyəm", - deyə Tramp qeyd edib.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?