Tramp Putinlə danışıqlardan narazı qaldı

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə son telefon danışığında irəliləyiş əldə etmədiyini bildirib.
Təhlil.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən Tramp deyib: “Mən onunla ümumiyyətlə heç bir irəliləyişə nail ola bilmədim.”
Məlumatlara görə, ABŞ-nin Rusiya-Ukrayna müharibəsini danışıqlar yolu ilə bitirmək cəhdləri nəticəsiz qalıb. Bu vəziyyət Tramp üzərində, xüsusilə də respublikaçılar tərəfindən təzyiqləri artırıb. Onlar Trampdan tələb edirlər ki, Putinə daha sərt mövqe sərgiləsin və onu Ukrayna ilə danışıqlara oturmağa məcbur etsin
Qeyd olunur ki, həmin gün Ukrayna Prezidenti Volodimir Zelenski də açıqlama verərək Trampla görüşməyə ümid etdiyini bildirib. Görüşün əsas mövzusu ABŞ-nin Ukraynaya silah tədarükündə yaranmış fasilə olacaq.
Xatırladaq ki, Tramp və Putin arasında son telefon danışığı bu həftə baş tutub.