Dünən

Keçmiş səfir: Rusiya Azərbaycana biganə yanaşa bilməz - RƏY

Azərbaycanla Rusiya arasında münasibətlərdə gərginlik davam edir.

Bu fikirləri təhlil.az saytına açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, Azərbaycanın Kanada və Çexiyadakı keçmiş səfiri Fərid Şəfiyev deyib. 

Diplomat bildirib ki, ikitərəfli münasibətlərdə böhran 2024-cü ilin dekabrında Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin vurulması ilə başlayıb:

“Artıq fəlakətdən sonrakı ilk günlərdə məlum idi ki, təyyarə Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Moskva bu hadisəyə görə üzr istəyə bilərdi, amma başqa cür davrandı”.

O qeyd edib ki, Moskva hazırda Azərbaycanla arasında olan müttəfiqlik sazişinə istinad edir, lakin bu sənəd yalnız kağız üzərində olmamalı, praktik münasibətlərə də yansımaldır:

“Müttəfiqə hörmətlə yanaşırlar. Ancaq Rusiya diqqətsiz və təkəbbürlü davranır. Azərbaycan isə bu illər ərzində Rusiyaya həmişə hörmətlə yanaşıb. Əgər Moskva Bakını həqiqətən də müttəfiq hesab edirsə, münasibətlərdə hörmət və bərabərlik prinsipi qorunmalıdır”.

Rasim Babayev 

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?