İrandan Avropaya sərt cavab

Avropa ölkələri Tehrandan dinc nüvə proqramını inkişaf etdirmək üçün ayrılmaz hüququndan imtina etməyi tələb etməyə davam edərsə, İran onlarla danışıqları mənasız hesab edəcək.
Təhlil.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçı bildirib.
“Əgər Kaya Kallas əmindirsə ki, hər hansı gələcək danışıqların məqsədi İranın nüvə proqramına son qoymaqdır, o zaman Avropa İttifaqı və Böyük Britaniyanın gələcək danışıqlarda iştirakı bütün aktuallığını itirir və mənasız olur”, - deyə Əraqçi bildirib. O, Aİ diplomatiyasının rəhbəri Kaya Kallasın İranın nüvə proqramının dayandırılması ilə əlaqədar danışıqları tez bir zamanda bərpa etməyin zəruriliyi ilə bağlı bəyanatlarına belə cavab verib.
Qeyd edək ki, Aİ rəsmisi Kaya Kallas Birgə Hərtərəfli Fəaliyyət Planı komissiyasının koordinatorudur.