Dünən
Gəmilərə xəbərdarlıq!

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib.
Təhlil.az xəbər verir ki, iyulun 3-ü günün ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi iyulun 6-sı gündüz saatlarına kimi davam edəcək. Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s- dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 3-4 m, sonrakı inkişafda isə 4-5 m. çatacağı proqnozlaşdırılır.