03 iyun

İranın Azərbaycana təyin etdiyi yeni səfirinin adı məlum olub

İran Azərbaycana yeni səfir təyin edib.

Təhlil.az xəbər verir ki, Bakıdakı diplomatik missiyanın rəhbəri vəzifəsinə Müctəba Dəmirçil keçəcək.

Onun hazırda İran Xarici İşlər Nazirliyinin Avrasiya məsələləri departamentinin baş direktoru olduğu bildirilir.

Qeyd edək ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin səlahiyyət müddəti 2024-cü ilin mayında başa çatıb.

 

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.