Dünən

Bakı dünya gimnastikasının mərkəzinə çevrilir: 40-dan çox ölkə gəlir

Aprelin 17-19-u aralığında Bakı keçiriləcək bədii gimnastika üzrə Dünya Kuboku, "AGF Trophy" beynəlxalq turnirində 40-dan çox ölkə iştirak edəcək.

Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasından bildirilib.

Milli Gimnastika Arenasında baş tutacaq turnirə neytral idmançılar da qatılacaqlar.

Azərbaycan təmsilçiləri ilə yanaşı, Aruba, Avstriya, Braziliya, Bolqarıstan, Kosta-Rika, Kipr, Misir, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Qvatemala, Macarıstan, Hindistan, İsrail, İtaliya, Yaponiya, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Lüksemburq, Meksika, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Polşa, Moldova, Rumıniya, Serbiya, Sloveniya, İspaniya, İsveçrə, Suriya, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan və Venesuela gimnastları bacarıqlarını göstərəcəklər.

Üç gün davam edəcək bu yarışda gimnastlar həm ayrı-ayrı alətlər üzrə, həm də çoxnövçülük proqramında öz ustalıqlarını sərgiləyəcəklər.

Ənənəyə sadiq qalaraq, yarışın sonunda ən yüksək icra xalını toplayan fərdi gimnast və qrup komandası xüsusi "AGF Trophy" kubokuna layiq görüləcək.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?